AZ

Bakı metrosunda cinayət törədən Fransa vətəndaşı ilə bağlı qərar verildi

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

KONKRET.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib.

O, Azərbaycan Respublikasının qanunlarını bilmədiyini, amma özünü təqsirli hesab etdiyini bildirib: “Törətdiyim əməlin xuliqanlıq kimi hesab edildiyini anlayıram, lakin bizim niyyətimiz pis olmayıb. Biz rəsmdə səkkiz güşəli ulduz da çəkmişik. Başqa niyyətimiz olmayıb”.

Təqsirləndirilən şəxs bağışlanması üçün dövlət başçısına məktub ünvanladığını bildirib: “Mən bağışlanmağım üçün Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Fransa Prezidentinə məktub göndərmişəm. Günahımı anlayıram. Məhkəmədən bağışlanmağımı və ya digər yoldaşlarım kimi cəzamın cərimə ilə əvəzlənməsini rica edirəm”.

Proses zamanı hakimin “Şəkil çəkməyə başqa yer yox idi” sualına təqsirləndirilən şəxs bildirib ki, ölkəsində qatar stansiyada saxlayanda vaqonun üzərində şəkil çəkə bilirlər: “Bilməzdim bu hərəkət mənim üçün belə nəticələnə bilər”.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov çıxışı zamanı bildirib ki, Clerk Teqo Hüqo tanınmış rəssamdır və ölkəyə turust kimi gəlib: “Əməlinə görə istintaq orqanı onu xuliqan kimi qələmə verib. Lakin həmin rəsmlərdə neqativ hal yoxdur. Bunu ekspertiza da təsdiq edib. Rəsmlərdə cəmiyyətə qarşı hörmətsizlik, xuliqanlıq halı yoxdur”.

Vəkil deyib ki, təqsirləndirilən şəxs məbləği tam ödəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Babək İsmayılov apellyasiya şikayətinin təmin olunmamasını istəyib. O bildirib ki, bu, düşünülmüş və əvvəlcədən planlaşdırılmış bir proses olub: “Onların xoş niyyəti olsaydı, giriş nöqtəsinə yaxınlaşıardılar. Qadağan olunmuş yerə hasarı aşmaqla keçmək bütün ölkələrdə qanun pozuntusudur. Həmçinin ibtidai istantaqda bunun planlaşdırılmış bir iş olduğunu onlar etiraf ediblər”.

Daha sonra dövlət ittihamçısı İlkin Yusifov çıxış edərək bildirib ki, bu, təqsirləndirilən şəxsin ilk əməli deyil: “O, öz ölkəsində də bu qəbildən olan işlərə görə dəfələrlə məsuliyyətə cəlb olunub. Birinci instansiya məhkəməsi minimun cəza təyin edib. Apellyasiya şikayətinin təmin olunmamasını təklif edirəm”.

Məhkəmə müşavirədən sonra qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırmalarla Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Hüqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib. /APA

phrase_var_article.chosen
10
16
konkret.az

10phrase_var_article.sources