Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava tutqun olacaq, gecə yağış yağacağı gözlənilir. Cənub küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın dağlıq rayonlarında qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 10 dərəcəyədək şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.