“O ses Türkiye”nin Yeni ilk özəl buraxılışındakı münsiflər müəyyənləşib.
Sfera.az xəbər verir ki, Beyazıt Öztürkün təqdim edəcəyi layihədə Murat Boz, Seda Sayan və Yıdız Tilbe jüri olacaq.
Acun Ilıcalının da yer alması gözlənilən müsabiqədə bir çox məşhur sima yarışacaq.
Sıla Türkoğlu, Doğukan Güngör, Diren Polatoğlu, Barış Kılıç, Deniz Baysal, Dilan Çiçek Deniz, Aslıhan Güner, Beril Pozam, Ersin Arıcı və digərləri iştirak edəcək.
Qeyd edək ki, Ebru Gündeş bu il yarışmadan imtina edib.