AZ

İranda enerji çatışmazlığı ciddi hal alıb: 12 vilayətdə fəaliyyətlər dayandırıldı

Bakı. Trend:

İranda havaların soyuq keçməsi səbəbi ilə enerji çatışmazlığınagörə, sabah (17 dekabr) 12 vilayətdə dövlət idarələri, universitetvə orta məktəblərin fəaliyyəti dayandırılıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

İndiyə qədər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil,Qəzvin, İsfahan, Şimali Xorasan, Mazandaran, Gülüstan, Kirmanşah,Kürdüstan, Rəzəvi Xorasan və Simnan vilayətində fəaliyyətlərindayandırıldığı elan olunub.

Qeyd edilib ki, İranın Milli Qaz Şirkətinin bildirdiyinə görə,ötən gün ölkənin qaz şəbəkəsinə 857 milyon kubmetr qaz vurulub.Onun 641 milyon kubmetri mənzil, ticarət-iaşə obyektləri və kiçiksənaye müəssisələrində istehlak olunub. Bu isə ölkədə cari ildə qazistehlakında ən böyük rəqəm hesab olunur.

Qeyd edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilədünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda22 qaz yatağı aktivdir. İranın ildə 275 milyard kubmetr qazistehsal etdiyi bildirilir.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr