AZ

"Mercedes" velosipedçini vurdu - ölən var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /Unikal


Seçilən
28
14
news24.az

10Mənbələr