AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlikanaliz yayımlayıb.

Ötən həftə ABŞ-da dərc olunan İstehlak Qiymətləriİndeksi göstəriciləri fonunda dollar major valyutalar qarşısındakəskin bahalaşdı. EURUSD, GBPUSD valyuta cütlükləri 1.0497 və1.2618 səviyyələrinə qədər ucuzlaşmış, USDJPY, USDCHF məznnələriisə 153.650 və 0.8930 hədlərinə kimi bahalaşmışdır. Qızılın qiymətiisə 2726$ həddini test etdikdən sonra 2648$ həddinə qədər kəskingeriləyib.

ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata əsasən,ölkədə illik inflyasiya oktyabr ayı ilə müqayisədə noyabr ayında2.6%-dən 2.7%-dək artıb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksinoyabr ayında 0.2%-dən 0.3%-ə qədər yüksəlib. Ərzaq və enerjiməhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlakqiymətləri (Core CPİ) aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.3%artıblar.

Avropa Mərkəzi Bankının (ECB) dekabrın 12-də keçiriləniclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faizdərəcəsini 25 baza bəndi azaldıb.

Ötən həftə, həmçinin, Kanada Bankı (BoC) və İsveçrəMilli Bankı faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar. Həriki tənzimləyici qurum uçot dərəcəsini 0.50% azaltdı. BoC Faizdərəcələrini 3.75%-dən 3.25%-dək, 1%-dən 0.50%-ə dək endirdi. Qeydetmək lazımdır ki, BoC ardıcıl 5-ci toplantıdır ki, faiz dərəcəsiniazaldıb.

Bu həftə isə birjaların diqqət mərkəzində FED-inFederal Ehtiyyatlar və Birjalar Komitəsinin (FOMC) və İngiltərəMərkəzi Bankının (BoE) və Yaponiya Mərkəzi Bankının (BoJ) faizqərarları olacaq.

Cari həftə ərzində iqtisadi təqvimdə yer alan önəmlixəbərlər arasında Amerikada, Avrozonada, İngiltərədə və Kanadadadərc olunacaq inflyasiya göstəriciləri, İngiltərədə yayımlanacaqəmək bazarı hesabatı yer alır. Həftə ərzində, həmçinin, Amerikada,Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq sənaye və xidmətsektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri, eləcədə, Amerikada yayımlanacaq ÜDM hesabatı birjalara yön verəbilər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının (ECB) dekabrın12-də keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurumuçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 3.40%-dən3.15%-ə qədər endirilib. Qərar analitiklərin proqnozları iləüst-üstə düşdü.

Qeyd etmək lazımdır ki, ECB ardıcıl dördüncü iclasındauçot dərəcəsini endirdi. Depozit dərəcəsi 3%-ə, marjinalkreditləşmə dərəcəsi isə 3.4%-ə qədər azaldılıb.

Monetar siyasətin yumşaldılması Avrozonadainflyasiyanın noyabr ayında 2%-dən 2.3%-ə qədər sürətlənməsinəbaxmayaraq baş tutub. Bu sürətlənmə proqnoz olunurdu.

Tənzimləyici qurum 2024-cü ildə Avrozonada istehlakqiymətlərinin artım tempinin 2.4%, 2025-ci ildə 2.1%, 2026-cı ildəisə 1.9% olacağını proqnoz edir.

Ötən həftəyə 1.0550 səviyyəsində start verən EURUSDməzənnəsi həftə ərzində 1.0450 səviyyəsinə kimi ucuzlaşsa da,buradan dəstək görərək bahalaşdı və həftəlik şamını elə 1.05$civarında tamamladı.

Günün ilk ticarət saatlarında 1.0515 hədlərindəqərarlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyiniaydınlaşdırmaq üçün investorlar, bu həftə Avrozonada və Almaniyadaaçıqlanacaq CPİ, eləcə də, sənaye və xidmət sektorlarında PMİrəqəmlərini diqqətdə saxlayacaqlar.

GBP

Keçən həftəyə 1.2730 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində ucuzlaşdı və həftəni 1.2620 səviyyəsindətamamladı.

Bu həftə isə İngiltərədə çərşənbə axşamı açıqlanacaqəmək bazarı hesabatı, çərşənbə günü isə dərc olunacaq İstehlakQiymətləri İndeksi və BoE-nin faiz qərarı birjalardafunt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddininaltına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Noyabrın 26-dan bəri üfüqi dalğalanma sərgiləyən qızılqiymətlərində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaqüçün investorlar, bu həftə Amerikada dərc olunacaq ÜDM vəinflyasiya hesabatları, eləcə də, FED-in fazi qərarını yaxındanizləyəcəklər.

ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətlimetala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcıüçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərinibahalaşdırır.

Ötən həftəyə 2644$ həddində start verən “sarı metal”2726$ həddini test etdikdən sonra yenidən ucuzlaşdı və həftəlikşamını 2649$ həddində tamamladı. Hazırda 2650$-dan ticarət olunanqızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddlərikimi, 2600$ və 2536$ hədləri çıxış edir.

Seçilən
11
7
az.trend.az

8Mənbələr