AZ

Tacikistan Hesablama Palatası Azərbaycanın dəstəyi ilə hazırlanan Strateji Planını təqdim edib

Azərbaycan Hesablama Palatasının dəstəyi ilə Tacikistan Hesablama Palatasının 2024-2028-ci illər üzrə Strateji Planı hazırlanıb.

“Far.Az” Hesablama Palatasına istinadən xəbər verir ki, bu Strateji Plan Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü (GSAI) layihəsi çərçivəsində Tacikistanın Düşənbə şəhərində təqdim olunub.

Təqdimat tədbirində Tacikistan, Azərbaycan, Gürcüstan Ali Audit Orqanlarının nümayəndələri, eləcə də IDI, SECO və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Bildirilib ki, Strateji Planın hazırlanması zamanı Azərbaycan Hesablama Palatasının Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun apardığı qiymətləndirmə nəticələrindən istifadə olunub. Həmçinin, Azərbaycan tərəfindən təqdim edilən praktik tövsiyələr Strateji Planın tərtibi zamanı nəzərə alınıb.

Tədbirdə çıxış edən Azərbaycan Hesablama Palatasının nümayəndəsi layihənin başlanğıcından etibarən həmkar ali audit orqanına göstərilən dəstək barədə məlumat verərək, monitorinq sisteminin hazırlanması və tətbiqi, eləcə də illik hesabatın təqdim edilməsi ilə bağlı təkliflərlə çıxış ediblər.

Seçilən
20
1
far.az

2Mənbələr