AZ

TƏCİLİ: Putin “NÜVƏ QÜVVƏLƏRİ”NƏ tapşırıq verdi - HAZIR OLUN!

Rusiya Prezidenti Vladimir Putin qeyri-strateji nüvə qüvvələrini daim hazır vəziyyətdə saxlamağı tapşırıb. Dövlət başçısı bu barədə Müdafiə Nazirliyinin yekun kollegiya iclasında çıxışı zamanı bildirib. Rusiya lideri, həmçinin yaxın zamanda "Oreşnik" raket sistemlərinin kütləvi istehsalına başlanacağını vurğulayıb.

Ukraynada davam edən müharibə mövzusuna da toxunan Putin, cari ildə 189 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb. Dövlət başçısı Rusiya Silahlı Qüvvələrində vahid məlumat dövriyyəsinin yaradılması ilə bağlı göstəriş verib.

Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına ciddi diqqət yetirir. Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin yekun kollegiyasında çıxışı zamanı deyib.

“Silahlı Qüvvələrin döyüş qabiliyyəti və imkanlarının artırılmasına ciddi diqqət yetiririk. Silahlı qüvvələrin sayı 1.5 milyon hərbi qulluqçuya çatdırılıb”, - dövlət başçısı bildirib.

Prezident Putin vurğulayıb ki, hər gün 1000-dən çox rusiyalı müqavilə əsasında Rusiya Silahlı Qüvvələrinin xidmətinə daxil olur.

İsrail ordusunun Suriyanın Tartus vilayətinə endirdiyi hava zərbələri nəticəsində zəlzələ ilə müqayisə edilə biləcək silkələnmə yaranıb. TASS məlumat yayıb. Agentliyə verilən məlumata əsasən, çox güclü partlayış baş verib, hətta telefonlardakı proqramlar da zəlzələni qeydə alıb.
İsrail Suriyada sülhün bərqərar edilməsi səylərinə zərbə vurur. Türkiyənin Xarici İşlər Nazirliyi bildirib. Məlumata görə, rəsmi Ankara İsrail dövlətinin Qolan təpələrində qanunsuz məskunlaşmanın genişləndirilməsi ilə bağlı qərarını qəti şəkildə pisləyir.

Qeyd olunub ki, sözügedən qərar Suriyada sülh və sabitliyin bərqərar olunmasına dair səylərə ciddi zərbə vurur. Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə cavab olaraq müvafiq tədbirlər görməyə və Netanyahu hökumətinin qanunsuz addımlarına son qoymağa çağırıb.

Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani ölkəni necə idarə edəcəklərindən danışıb. O, cari valyutanın sabitləşməsindən sonra yeni pul vahidinə keçiləcəyini bildirib. "Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək", - deyə o qeyd edib. Colani həmçinin ölkədə icbari hərbi xidmətin ləğv edildiyini də deyib.

Türkiyə ordusu İraqın şimalında terrorçuların hədəflərinə zərbələr endirib. Türkiyə MN-dən bildirilib. Qeyd olunub ki, İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Hakurk, Qara və Metina bölgələrində 9 PKK terrorçusu zərərsizləşdirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcılar - Sevinc Telmanqızı və Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə Yaxın Şərqi və Ukrayna böhranını müzakirə edirlər.

[media= https://www.youtube.com/@musavattv]

Seçilən
21
1
paytaxt.org

4Mənbələr