AZ

“O zaman Putinin danışıqlar masasına daha ehtiyacı yoxdur”

...Rusiya ordusunun yenidən ərazilərini ələ keçirməyə cəhd etməməsi üçün Ukraynanın təhlükəsizlik zəmanəti alması vacibdir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın belə təsir imkanları var.

SİA-nın məlumatına görə, bu fikirləri “Kanal 24”-ə ukraynalı politoloq Nikolay Davydyuk səsləndirib.

Onun sözlərinə görə, xüsusilə, Ukraynanın NATO-ya daxil olması və 100 nüvə raketinin Ukrayna ərazisinə qaytarılmasından danışılır.

Nikolay Davydyuk hesab edir ki, Tramp Ukraynanı Alyansa qəbul etmək istəyini səsləndirə bilər. O zaman Ukrayna dövlətinin Kreml lideri Vladimir Putinlə danışıqlara ehtiyacı olmayacaq. Məsələn, Tramp çıxıb deyir ki, mən Ukraynaya NATO vermək istəmirəm, bu mənim “qırmızı xəttim”dir. Amma mən onlara, məsələn, vaxtilə Qərbin Ukraynadan götürdüyü 100 nüvə raketini qaytarmağa hazıram. Ukraynaya verirəm, zəmanət olaraq onlarda olsun. Rusiya onlara hücum etsə, atsınlar. Onların raketləri onların hüququdur”. Bu zəmanət ola bilər. O zaman danışıqlar masası arxasında Putinə də ehtiyacımız yoxdur.

...Ukraynanın məqsədi sadəcə olaraq Putini danışıqlar masasına oturtmaq deyil. Axı Kreml Ukrayna dövlətindən müvəqqəti işğal olunmuş ərazilərdən imtina etməyi tələb edir, Ukrayna buna heç vaxt razı olmayacaq. İşğalçılara yalnız danışıqlar lazımdır ki, vaxtı uzatsınlar və getdikcə daha çox ərazi ələ keçirsinlər...

Əli Babayev

Seçilən
29
sia.az

1Mənbələr