Ukrayna Silahlı Qüvvələrinin təyyarələri vurmağa qadir lazer silahları var.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlərinin komandanı Vadim Suxarevski bildirib.
Onun sözlərinə görə, Ukrayna dünyada təyyarələri vura bilən lazer silahına malik olan beşinci ölkədir. Müvafiq silah “Trident” adlanır.
“Biz bu lazerlə 2 km-dən çox yüksəklikdə olan təyyarələri vura bilirik. Bu, həqiqətən də işləyir, həqiqətən də mövcuddur”, - deyə Suxarevski vurğulayıb.