AZ

Avropa Komissiyası Britaniyanı MƏHKƏMƏYƏ VERİR

Avropa Komissiyası (AK) Böyük Britaniyanın “Brexit” sonrası azad hərəkət hüquqlarının təmin edilməsindəki çatışmazlıqlar səbəbindən Avropa İttifaqı (Aİ) Məhkəməsinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşr yazır ki, bu addım Böyük Britaniyanın Aİ ilə bağladığı “Brexit” sazişinə tam əməl etmədiyi iddialarına əsaslanır.

Komissiya Böyük Britaniyanın Avropa İttifaqı vətəndaşlarının və onların ailə üzvlərinin azad hərəkət hüquqlarını məhdudlaşdırdığını və bu barədə edilən xəbərdarlıqlara məhəl qoymadığını bildirir. Bu vəziyyətin Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərini yenidən qurmağa çalışan Baş nazir Kir Starmer üçün çətinlik yaratması gözlənilir.

Bizim.Media

phrase_var_article.chosen
6
11
bizim.media

10phrase_var_article.sources