AZ

İranda müğənni konsertə görə həbs edilib - VİDEO

İranda 27 yaşlı müğənni Parasta Əhmədi həbs edilib. 

 

Sfera.az bildirir ki, ifaçı həbsindən bir gün əvvəl “YouTube”da virtual konsertini yayımlayıb. 

 

Yarım saatlıq çıxışında müğənni 4 kişi musiqiçinin müşayiəti ilə bir neçə mahnı oxuyub.

 

Sənətçi qolsuz və yaxasız qara libasda çıxış edib, həmçinin hicablı olmayıb. Bu barədə müğənninin vəkili Milad Pənahipur məlumat verib.

 

Əhmədi şənbə günü ölkənin şimalındakı Mazandaran əyalətinin inzibati mərkəzi olan Sari şəhərində saxlanılıb. Cümə axşamı İranın məhkəmə orqanları müğənniyə qarşı İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğuna görə iş açıb. Konsertdə Parastanı dörd kişi musiqiçi müşayiət edib.

 

“Mən Parastu, məni sevən insanlar üçün oxumaq istəyən bir qızam”.

 

Video qısa zamanda populyarlaşaraq indiyə qədər 1,8 milyon baxış toplayıb.

 

Əhmədinin vəkili Pənahipurun bildirdiyinə görə, ona qarşı rəsmi ittihamlar, o cümlədən onu dəqiq kimin saxlaması və harada olması barədə hələlik məlumat yoxdur. O əlavə edib ki, müğənninin qrupundan olan iki musiqiçi Soheil Faghih Nasiri və Ehsan Beiraghdar da Tehranda həbs edilib.

 

İranda qadınların ictimai yerlərdə mahnı oxuması və rəqs etməsi niyə qadağandır?

 

İranda 1979-cu il İslam İnqilabından sonra qadınların qarışıq tamaşaçılar qarşısında solo çıxışları qadağan edilib. Əvvəlcə qadağa ümumiyyətlə hər hansı mahnı oxumağa şamil edilsə də, sonradan qadınlara yalnız kişilər qarşısında xorun tərkibində və ya tamaşaçıların yalnız qadınlardan ibarət olduğu qapalı tədbirlərdə çıxış etməyə icazə verilib.

 

Bu qadağanın səbəbləri həm dini, həm də siyasidir. İran və İslam qanunlarına görə qadının səsi “aurat” (günah düşüncələri oyada bilən obyekt) sayılır. Qadınların başqa kişilərin qarşısına hicabsız çıxması da qadağandır. Bu, əxlaq normalarının pozulması kimi qəbul edilir.

 

İnqilabdan sonra məcburi tətbiq edilən hicab və qara çarşaf ideoloji saflığın və rejimə sədaqətin simvoluna çevrilib. Müsəlman qadınlar üçün baş örtmək Allah qarşısında təqvanın və ailədən kənar kişilər qarşısında əxlaq göstəricisidir.

 

Xatırladaq ki, 2022-ci ildə İranda “əxlaq polisi” tərəfindən nalayiq hicab geyindiyi iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra genişmiqyaslı etirazlar başlayıb. Eyni zamanda İran rəsmiləri qızın ölümündə əli olduğunu təkzib ediblər. 

Seçilən
36
50
sfera.az

10Mənbələr