UEFA Çempionlar Liqasında iştirak edən Avstriya təmsilçisi "Zaltsburq"un baş məşqçisi Pepeyn Leynders vəzifəsindən qovulub.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis komandanın qeyri-qənaətbəxş nəticələrinə görə postundan kənarlaşdırılıb.
Qeyd edək ki, "Zaltsburq" mübarizə apardığı Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şansını itirib. Kollektiv Avstriya çempionatında lider "Ştrum"dan 10 xal geri qalaraq beşinci pillədə qərarlaşıb.