Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp strateji bitkoinehtiyatı yaratmaq barədə planlarını açıqlayandan sonra rəqəmsalvalyuta rekord həddə yüksəlib.
Trend xəbər verir ki,dünyanın ən böyük və ən məşhur kriptovalyutası olan bitkoinmaksimum 106 min 533 dollara çatıb. “Efir” kriptovalyutası 1,5 faizartaraq 3965 dollar olub.
Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi NASDAQ 100indeksinə “MicroStrategy”nin (aparıcı müəssisə analitikaplatformasına malik ən böyük müstəqil biznes analitikası şirkəti)daxil edilməsi də investorların əhvali-ruhiyyəsini artırıb. Bu, çoxgüman ki, bitkoin alıcısına çevrilmiş “MicroStrategy” üçün vəsaitaxınının artmasına səbəb olacaq.
“CoinGecko”nun məlumatına görə, iyul ayından etibarən dünyadahökumətlər ümumi bitkoin tədarükünün 2,2 faizinə malik idi. ABŞ-daisə 200 minə yaxın bitkoin var ki, bu da hazırkı səviyyədə 20milyard dollardan çoxdur.
“BitcoinTreasuries” veb-saytına görə, əhəmiyyətli miqdardabitkoini olan digər ölkələr Çin, Böyük Britaniya və Butandır.