Avropa İttifaqı gürcü diplomatları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda razılığa gəliblər.
Qərara alınıb ki, diplomatik pasportlara malik Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəliş dayandırmalıdır.
Məlumata görə, sözügedən tədbir mülkivətəndaşlara cəza tətbiq etmədən aparıcı gürcü siyasətçilərinə təsir etmək məqsədi daşıyır.