AZ

Ailəsinin 4 üzvünü qətlə yetirən yeniyetmə həbs edilib

ABŞ-ın Nyu Meksiko ştatında ailəsinin dörd üzvünü qətlə yetirən yeniyetmə oğlan həbs edilib.

Avtosfer.az “ABC news” telekanalına istinadən xəbər verir ki, 16 yaşlı Dieqo Leyva polisə zəng edərək ailəsinin üzvlərini öldürdüyünü söyləyib.

Tibbi ekspertiza ofisi ölənlərin şəxsiyyətini müəyyənləşdirməyə çalışdığını, onların 14-42 yaşlarında olduqlarını bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Seçilən
1
1
avtosfer.az

2Mənbələr