AZ

Dünyanın ən güclü brendləri açıqlandı

2024-cü ilin ən güclü 20 markası açıqlanıb. Metbuat.az xəbər verir ki, bu barədə “Visual Capitalist” araşdırma aparıb. Araşdırmalara görə, bu brendlər öz sənayelərində iqtisadi gücü təmsil etməklə yanaşı, dünyada istehlakçılara və bazarlara təsir edən tendensiyaları formalaşdırır. Bildirilir ki, bununla da şirkətlər qlobal bazar dinamikasına təsir edərək liderliklərini gücləndirirlər. Siyahının ilk sırasında “Apple” şirkətidir. Şirkətin dəyəri 516,6 milyard dollar təşkil edir. İkinci yerdə 340,4 milyard dollar dəyəri olan “Microsoft” şirkətidir. Şirkət davamlı innovasiyalar və strateji investisiyalarla texnologiya dünyasındakı təsirini artırarkən qlobal miqyasda rəqəmsal transformasiyanı intensivləşdirməyə davam edir. 3-cü sırada 333,4 milyard dollarla “Google”, 4-cü 308,9 milyard dollar dəyəri olan Amazon, 5-ci yerdə isə 99,4 milyard dollar Samsunq şirkəti qərarlaşıb.

Siyahıda Walmart”, “Facebook”, “Instagram”, “Verizon” şirkətləri də var.

phrase_var_article.chosen
39
metbuat.az

1phrase_var_article.sources