“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanmasının asanlaşdırılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirləri davam etdirir. Bu gündən elektromobillərin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunur.
İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.
Qeyd edək ki, İSB “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.