İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir
Fins.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı qeyd edib ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bu işlər üçün ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. 2025-ci il üçün isə ayrılan vəsaitin həcmi 4 milyard manat təşkil edir.
Baş nazir vurğulayıb ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam edir.
"Bu günədək işğaldan azad edilmiş ərazilərə 2417 ailə – 9306 nəfər köçürülüb," – deyə Əli Əsədov əlavə edib.