AZ

ChatGPT-nin sirrini açan tədqiqatçının meyiti tapıldı

OpenAI-də tədqiqatçı kimi çalışan Suchir Balaji evində ölü tapılıb. Metbuat.az xəbər verir ki, Balajinin ölüm səbəbi barədə açıqlama verən yerli dairələr onun intihar etdiyini irəli sürüblər. San-Fransisko Baş Tibbi Ekspertiza Ofisinin direktoru David Serrano Sevellin CNBC-yə verdiyi açıqlamaya görə, Balajinin evində aparılan araşdırmalar zamanı cinayət elementləri aşkar edilməyib. Qeyd edək ki, Suchir Balaji bu ilin əvvəlində işini tərk etdikdən sonra ChatGPT kimi süni intellekt sistemlərinin inkişafı zamanı ABŞ-nin müəllif hüquqlarının pozulduğu barədə açıqlamalar vermişdi. Balajinin bu açıqlamaları ilə böyük səs-küy yaradıb və açıqlamaları “The New York Times” qəzetində dərc olunub. Balaji buna görə işindən ayrıldığını ifadə etmişdi.
Seçilən
35
metbuat.az

1Mənbələr