ABŞ-ın Viskonsin ştatının Medison şəhərində məktəblərdən birində baş verən silahlı atışma nəticəsində azı 4 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Hadisəni törədən şəxsin də ölənlər arasında olduğu ehtimal edilir.
Polis hücum qurbanlarının müəllim, yaxud şagirdlər olduğunu açıqlamayıb.