AZ

Kallas: Aİ yanvar ayından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək

Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.


"Yanvar ayından etibarən biz ayda 1,5 milyard avro təmin edəcəyik",-o, 27 üzv icmanın xarici işlər nazirlərinin ilk iclasından sonra keçirilən mətbuat konfransında deyib.


Kallasın sözlərinə görə, Aİ ayın sonuna qədər 75 min Ukrayna əsgərinə təlim keçməyi planlaşdırır.


Ötən həftə Amerika nəşri "The Wall Street Journal"mənbələrə istinadən yazıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp əldə edilə biləcək atəşkəsi qorumaq üçün Ukraynaya avropalı sülhməramlılar göndərmək istəyir.


Öz növbəsində Kallas bildirib ki, Aİ üzvü olan ölkələr Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etmirlər. Onun sözlərinə görə, belə bir kontingentin göndərilməsi üçün ilk növbədə ölkədə sülh bərqərar olmalıdır.


İnci

Seçilən
8
sfera.az

1Mənbələr