Hakan Fidan Kaya Kallasla Ukrayna və Suriyadakı son durumu müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.Bu barədə "Milliyət” məlumat yayıb.
Tərəflər Suriya və Ukraynadakı son durum barədə danışıb,qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.