Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Avropa ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan əvvəl Rusiya və Ukrayna arasında danışıqlarda təşəbbüsü ələ almalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Trouw” qəzeti məlumat yayıb.
Brekelmans vurğulayıb ki, sülh danışıqları ilkin mərhələdədir, lakin Tramp da prosesi sürətləndirmək istədiyi üçün vaxt daralır.
O, danışıqların müzakirəsinin “sürət qazandığını”, xüsusən Trampın ABŞ prezidenti vəzifəsinə gəldikdən bir neçə saat sonra Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etmək niyyətində olduğunu bildirib.
“Biz əmin olmalıyıq ki, Avropa ölkələri danışıqlar masası arxasına otursunlar ki, Tramp Putinlə Avropada təhlükəsizlik arxitekturasına dair qərarlar qəbul etməsin”, – Brekelmans əlavə edib.