Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması başa çatıb.
seher.media xəbər verir ki, çempion "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.
Qarşılıqlı qollarla yadda qalan matçda qalib son anda müəyyənləşib. Meydan sahiblərinin 90+8-ci dəqiqədəki qolu onlara qələbə qazandırıb - 4:3.
Bu nəticədən sonra "cim-bom" turnir cədvəlindəki liderliyini qoruyur. 41 xala malik İstanbul təmsilçisi ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. "Trabzonspor" isə 16 xalla 15-ci pillədə qərarlaşıb.