Türkiyə Superliqasında 16-cı tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında lider “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib.
7 qolun vurulduğu dramatik qarşılaşmada sevinən tərəf İstanbul klubu olub.
“Qalatasaray” - “Trabzonspor” - 4:3
Qollar: Dries Mertens, 8 (1:0), Ozan Tufan, 17 (1:1), Yunus Akgün, 29 (2:1), Simon Banza, 51 (2:2), Ozan Tufan, 55 (2:3), Mişi Batşuayi, 63-pen. (3:3), Ali Şahin Yılmaz, 90+8 (4:3)
Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Qalatasaray” liderliyini möhkəmləndirib.
“Sarı-qırmızılılar” ən yaxın izləyicisi “Fənərbaxça”nı 6 xal qabaqlayır. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.
Bizim.Media