AZ

Rusiya Suriyadakı hərbi bazalarla bağlı yekun qərarını verməyib -

Rusiya Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı hərbi bazaları ilə bağlı yekun qərarını verməyib. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı Moskva Suriyanın keçid hökuməti ilə əlaqə saxlayır. Peskov, “Rusiya Əsəd rejiminin devrilməsindən sonra qoşunlarını Suriyadan çıxaracaqmı?" sualına, “Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur” - deyə cavab verib. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbi bazalarla bağlı qərarını Suriyanın keçid hökuməti ilə dialoqdan sonra verəcək.

Qeyd edək ki, Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın hərbi qüvvələrinin Suriyadan geri çəkdiyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
39
18
metbuat.az

10Mənbələr