Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp: “SoftBank” ABŞ-a 100 milyard dollar sərmayə qoyacaq.
Banco.az xəbər verir ki, ABŞ-ın yenicə seçilmiş prezidenti Donald Tramp Yaponiyada yerləşən “SoftBank”ın yaxın 4 ildə ABŞ-a 100 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
2025-ci il yanvarın 20-də prezidentliyə başlayacaq Tramp “SoftBank” Qrupunun Baş İcraçı Direktoru (CEO) Masayoşi Son ilə görüşündən sonra Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirib.
Mayasoşi Son ilə olduqca məhsuldar görüş keçirdiklərini ifadə edən Tramp bunları deyib:
"SoftBank-ın Amerikaya 100 milyard dollar sərmayə qoyacağını və ən azı 100.000 amerikalını yeni iş yeri ilə təmin edəcəyini elan etməkdən məmnunluq hissi duyuram.”