AZ

KİV: HƏMAS və İsrail birinci mərhələdə azad ediləcək girovların sayını müzakirə edir

KİV: HƏMAS və İsrail birinci mərhələdə azad ediləcək girovların sayını müzakirə edir

İsrail nümayəndə heyəti Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi axşam Qətərə gedib. AFN.az xəbər verir ki, bu barədə Ynet xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.Rəsmi "Ynet"ə bildirib ki, dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir. "Təfərrüatların çoxu razılaşdırılıb, lakin əsas mübahisə ilk mərhələdə azad edilməli olan girovların sayı ilə bağlıdır. Hazırda danışıqlar girovların sayı və şəxsiyyəti üzərində cəmləşib" - deyə o qeyd edib.Bundan əvvəl Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı da bildirib ki, Həmas və İsrail dekabrın sonuna kimi girovların azad edilməsi ilə bağlı razılığa gələ bilərlər. Adı açıqlanmayan mənbələrə istinadən kanal Qəzza ilə bağlı yekun razılaşma yolunda "əhəmiyyətli irəliləyiş" olduğunu qeyd edib.

Seçilən
13
3
afn.az

9Mənbələr