AZ

Moskvada güclü partlayış - Ordu generalı həlak oldu

Moskvada baş vermiş partlayış nəticəsində ilkin məlumata görə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

Herbiand.az xəbər verir ki, bu abrədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verən partlayış nəticəsində iki nəfər ölüb. Partlayışın yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilir.

İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Hadisə barədə hələ ki, rəsmi məlumat verilməyib. 

Seçilən
4
13
herbiand.az

10Mənbələr