AZ

"Bir aydan sonra özümdə güc toplayaraq.." - Manana anası barədə paylaşım etdi

Image

Əməkdar artist Manana Caparidze anasının vəfatəndan sonra ilk dəfə paylaşım edib. Müğənni mərhum anası Makvala Caparidze ilə fotosunu izləyiciləri ilə bölüşərək bunları yazıb. "Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı.

Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükr edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərmiyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam. "

Mətləb






phrase_var_article.chosen
30
1
baki-xeber.com

8phrase_var_article.sources