AZ

“Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının növbəti - II mərhələsi keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə Prezident İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” II Hüquq Olimpiadasının II mərhələsi baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə komandalar 5 sual cavablandırıb, qiymətləndirmə milli və beynəlxalq hüquq normalarına əsaslanıb. Münsiflər heyətində tanınmış hüquqşünas alimlər və hakimlər yer alıb.

Yarışda ölkənin hüquq fakültələrindən olan komandalar iştirak edib. Final mərhələsi dekabrın 21-də Ali Məhkəmədə keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Seçilən
14
qht.az

1Mənbələr