Vanuatunun paytaxtı Port-Viladakı ABŞ və Fransa səfirliklərinin, həmçinin Yeni Zelandiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi bina ada dövlətinin sahillərində baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində zərər görüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində sütun aşıb, divarlardan birində çatlar əmələ gəlib, həmçinin pəncərələr zədələnib.
Poliqon.info