Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, hadisə skuterə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində olub.
Petrenko bildirib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb. Hadisə yerində müstəntiqlər, kriminoloqlar və əməliyyat xidmətləri işləyir. Cinayətin bütün halları müəyyən edilib.