AZ

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Ukrayna ordusunun 3-cü Hücum Briqadasının tərkibində döyüşlərdə iştirak edən 36 yaşlı Timur Asif oğlu Əliyev Rusiyanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Onun Luqansk yaxınlığındakı döyüşdə həlak olduğu bildirilib.

Qeyd edək ki, mərhum Ukraynanın Lvov vilayətində yaşayıb.

phrase_var_article.chosen
23
16
buta.media

10phrase_var_article.sources