AZ

Yapon alimlərindən yeni ixtira –Suda əriyən plastik hazırladılar

Yapon alimləri plastiklərin utilizasiyası probleminin həlli üçün öz üsullarını təklif ediblər.

Azpost.info  Planet Today-a istinadən bildirir ki, alimlər suda əriyən plastik hazırlayıblar.

RIKEN mərkəzində onlar yeni növ plastik SP2 təqdim etdilər. Material yüksək elastikliklə davamlıdır. Ən əsası odur ki, bir neçə saat ərzində duzlu suda həll oluna bilər.

İnnovativ materialın yaradılması üçün əsas duz körpüləri ilə bağlanan natrium heksametafosfat və quanidinium ionlarının monomerləri olub. Dəniz suyuna düşdükdən sonra bu bağlar dağılır, nəticədə plastik ətraf mühitə zərər vermədən tez parçalanır.

Təcrübələr aydın şəkildə göstərib ki, SP2 müxtəlif məqsədlər üçün istifadə edilə bilər və material uyğunlaşdırıla bilər. Sulfatın növünü dəyişdirərək, ona fərqli elastiklik və sərtlik vermək mümkündür. Bu, daha sonra 3D çap, tibbi cihazların və ya qablaşdırma materiallarının istehsalı üçün istifadə oluna bilər.

Bu plastik suda parçalansa da iz qoymadan yoxa çıxmır. Plastik komponentlər məhluldan çıxarıla və yenidən istifadə edilə bilər. Tədqiqatçılar texnologiyanın hələ də təkmilləşdirməyə ehtiyacı olduğunu etiraf edirlər.

Azpost.info

Seçilən
2
1
azpost.info

4Mənbələr