Əmlak ekspertləri bölgələrdə otellərlə müqayisədə daha çox günlük evlərin kirayələnməsinə başlanıldığını bildirirlər. Bu isə həmin ərazilərdə kirayə qiymətlərinə də öz təsiri göstərir.
Qiymətlər isə evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir.
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov "Xəzər Xəbər"ə deyib ki, qiymətlər eyni zamanda regionlardan asılı olaraq dəyişir. Ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan təklif edilir..
Əmlak eksperti həmçinin onu da vurğulayıb ki, qiymət artımına təsir edən səbəblərdən biri də xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.
4phrase_var_article.sources
-
demokrat.azYeni ili bölgələrdə keçirmək üçün nə qədər pul lazımdır? — VİDEO ( 14046880)
-
qaynarinfo.azYeni ili bölgələrdə keçirmək üçün nə qədər pul lazımdır? (VİDEO) ( 14046055)
-
valyuta.azYeni ili bölgələrdə keçirənlər nə qədər pullarından keçməlidirlər? - VİDEO ( 14044078)
-
xezerxeber.azYeni ili bölgələrdə keçirənlər nə qədər pullarından keçməlidirlər? VİDEO ( 14036965)