Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıqla bağlı 11 fiziki şəxs və 15 quruma birtərəfli qaydada sanksiya tətbiq edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seul Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bir neçə iş adamı və onların şirkətləri sanksiyalara məruz qalıb. Məhdudiyyətlər dekabrın 19-dan qüvvəyə minəcək.