AZ

Sağlam həyat tərzi və düzgün qidalanma mədə narahatlığını azalda bilər - SN

Bakı. Trend:

"Sağlam həyat tərzi və düzgün qidalanma mədə narahatlığınıazalda bilər. Bu problemin əsas səbəbləri qida rejimindəkisistemsizlik, məktəb yaşlarında və abituriyentlərdə fizikiyüklənmə, inək südünə allergiya, stres, “Helicobacter Pylori”infeksiyası, genetik faktor və iltihabəleyhinə bəzi dərmanmaddələrinin uzunmüddətli istehlakıdır".

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun pediatrı Dilarə Bayramova açıqlayıb.

Onun sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri böyüyən vəinkişaf edən uşaqlarda daha çox görulür, çünki uşaqlar tamamiləvalideynlərindən asılıdırlar: “Yalnız valideynlər uşağa sağlamhəyat tərzinin əsaslarını, düzgün qidalanmanı, yemək davranışımədəniyyətini aşılaya bilərlər”.

Pediatr bildirib ki, körpəlik və uşaqlıq dövründə böyümə vəinkişafın tarazlı olması üçün nizamlı və balanslı qidalanma böyükəhəmiyyət kəsb edir: “Hər bir xəstəlikdə olduğu kimi,qastroenteroloji xəstəliklərdə də erkən diaqnoz qoyularaq müayinəedilməsi çox vacibdir, çünki uşaqlıqda aşkar edilən mədə-bağırsaqtraktının patologiyası müalicəyə yaxşı cavab verir, o cümlədəngələcəkdə müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir”.

Seçilən
17
3
az.trend.az

5Mənbələr