AZ

Məktəbdə kütləvi zəhərlənmə - 18 şagird xəstəxanalıq oldu

Türkiyənin Çorum şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.


E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdən gətirdikləri yeməkləri yeyən 18 şagirdin qəfil halı pisləşib.

Məktəbə təcili yardım briqadaları göndərilib.

Şagirdlər Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Seçilən
10
e-huquq.az

1Mənbələr