AZ

Sakit Okeanda 7,3 bal gücündə zəlzələ ölümə səbəb olub

Bakı, TurkicWorld

Sakit Okeandakı ada ölkələrindən biri olan Vanuatuda 7,3 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfərin həyatını itirdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri paytaxt Port-Viladan 30 kilometr uzaqlıqda yerləşib. Təxminən 57 kilometr dərinlikdə qeydə alınan zəlzələ bölgədə güclü sarsıntılara səbəb olub.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bu xəbərdarlıq daha sonra ləğv edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir və vəziyyətin qiymətləndirilməsi üçün aidiyyəti qurumlar ərazidə fəaliyyət göstərirlər.

Seçilən
1
13
turkic.world

10Mənbələr