İsrail HAMAS-ı məğlub etdikdən sonra Qəzzada hərəkət azadlığı əldə edəcək.
APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” platformasındakı paylaşımında bildirib.
“Qəzza ilə bağlı mövqeyim aydındır. İsrail HAMAS-ı məğlub etdikdən sonra fəaliyyət azadlığı ilə Qəzzada təhlükəsizlik nəzarətinə sahib olacaq”-deyə o, paylaşımında qeyd edib.