AZ

İsrailin Tartus vilayətini atəşə tutması nəticəsində azı 7 nəfər yaralanıb

İsrail hava qüvvələrinin Suriyanın Tartus əyalətindəki hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində azı 7 nəfər yaralanıb. Suriyanın “Al Watan” qəzetinin yazdığına görə, həlak olanların hamısı əyalətdə yaşayan mülki şəxslərdir.

"Yeddi mülki şəxs xəstəxanaya çatdırılıb, onlar qəlpə yaraları və xəsarətlər alıblar", - qəzet yerli tibb müəssisəsinin direktorunun sözlərindən sitat gətirir. Bundan əlavə, “Al Watan”ın məlumatına görə, İsrailin atəşi Tartusun yaşayış məntəqələrinə ciddi maddi ziyan vurub. O cümlədən, 1 yaşayış binası yanıb, infrastruktura ziyan dəyib.

Dekabrın 16-na keçən gecə Əl Manar telekanalı İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Tartus, Həma və Homs əyalətlərindəki hərbi obyektlərə zərbələr endirdiyini bildirib.

Oxuməni.az

Seçilən
22
50
oxumeni.az

10Mənbələr