AZ

"Ənənəvi media süni intellektin yaratdığı imkanları və riskləri dəqiq dəyərləndirməlidir" - Əhməd İsmayılov

Ənənəvi mediada süni intellektin yaratdığı imkanlar və risklər dəqiq dəyərləndirilməklə istifadə edilməlidir.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında deyib.

Ə.İsmayılov bildirib ki, yeni medianın məzmun istehsalında peşəkarlığının artırılması öz növbəsində cəmiyyətin media savadlılığının yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, media savadlılığının artırılması kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir:

"Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən mediada savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir. Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir".

Agentlik rəhbəri deyib ki, müvafiq maarifləndirici internet saytlarının yaradılması, media savadlılığı strategiyalarına uyğun olaraq məsul qurumlar tərəfindən hazırlanan və mütəmadi yenilənən milli nəşrlərin əhali tərəfindən mənimsənilməsi və həm nəzəri, həm də təcrübi olaraq bacarıqların təkmilləşdirilməsi diqqətdə saxlanılan istiqamətlərdəndir.


Mənbə: unikal.az

phrase_var_article.chosen
24
19
unikal.az

10phrase_var_article.sources