AZ

Dmitri Peskov:”Rusiya bazalarını Suriyadan çıxarmayıb”

Vətəninfo.az  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Suriyadakı Rusiya hərbi bazalarının taleyi ilə bağlı sualını cavablandırıb.

“Hazırda həmin məsələ ilə bağlı yekun qərar yoxdur. Hazırda Suriyada vəziyyətə nəzarət edən qüvvələrin nümayəndələri ilə əlaqə saxlayırıq. Bütün bunlara dialoq zamanı qərar veriləcək”, – Kreml sözçüsü bildirib.

“The Financial Times” yazıb ki, Rusiya Suriyadakı hərbi və diplomatik varlığını azaltmağa başlayıb, əhəmiyyətli sayda qoşununu Dəməşq bölgəsindən və digər mühüm bölgələrdən çıxarıb.

Nəşrin mənbələrinin məlumatına görə, təxliyyə edilənlər arasında Suriya ordusunun dördüncü diviziyasının Qudsayya bazasında yerləşdirilən rusiyalı hərbçilər də var.

Seçilən
43
veteninfo.az

1Mənbələr