AZ

Həkimlərin əməkhaqqı artımı tibb heyətinin rifahını gücləndirir - Zaur Əliyev

Bakı. Trend:

Həkimlərin əməkhaqqı artımı tibb heyətinin rifahınıgücləndirir.

Trend xəbər verir ki, bunuİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanıdeyib.

​O bildirib ki, icbari tibbi sığortadan əvvəlki dövrləmüqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədəartıb:

"Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxilolmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların vəmama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib. Artımın səbəbiötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi vəbir sıra tibbi xidmətlərin tariflərinin artması olub. Bu artımlartibb heyətinin rifahının gücləndirilməsinə xidmət edir".

Zaur Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindənsonra kiçik tibb heyətinin median əməkhaqqısı 270 manatdan 410manata, orta tibb heyətinin isə 320 manatdan 540 manata qədərartıb. Görülən tədbirlər tibb heyətinin motivasiyasını artırmaqlayanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə də mühimtöhfə verir.

Seçilən
13
1
az.trend.az

1Mənbələr