AZ

Əl-Culani: Suriya İsrailə qarşı hücumlar üçün tramplin olmayacaq

Suriya İsrailə qarşı hücumlar üçün tramplin olmayacaq.

Yenisabah.az “The Times”a istinadla xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa bildirib.

“Həyat Təhrir əş-Şam” qruplaşması liderinin sözlərinə görə, İsrail Suriyanın qərbində müxalifət qüvvələrinin Dəməşqə hücumu zamanı nəzarətə götürdüyü əraziləri tərk etməli olacaq:

"İsrail bunu "Hizbullah" və İran silahlılarının mövcudluğu ilə əlaqələndirdi, lakin bu, artıq aktual deyil. Biz 1974-cü il qüvvələrin ayrılması sazişinə sadiq qalırıq və BMT-nin müşahidəçilərin geri qayıtmasına hazırıq. Nə İsraillə, nə də başqası ilə münaqişə istəmirik və Suriyanın hücumlar üçün tramplin kimi istifadə olunmasına icazə verməyəcəyik. Suriyalılara sülh lazımdır, zərbələr dayandırılmalı və İsrail əvvəllər işğal etdiyi mövqelərinə geri çəkilməlidir”.


Telegram kanalımız
phrase_var_article.chosen
37
1
yenisabah.az

2phrase_var_article.sources