AZ

Şahin Bağırov: Beynəlxalq ticarət dövriyyəsinin artması, gömrük prosedurlarının sadələşdirilməsini şərtləndirir

Şahin

Beynəlxalq ticarət dövriyyəsinin artması, gömrük proserdurlarının sadələşdirilməsini şərtləndirir. 2023-cü ildə süni intellekt əsaslı çalışan ARAS və səlahiyyətli iqtisadi operator kimi texnologiyalarının tətbiqində yeni nailiyyətlər əldə edilib.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.

O bildirib ki, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti yaratmaqla gömrük rəsmiləşdirilməsi üçün sərf edilən zaman azalıb.

ARAS-ın tətbiqi sayəsində son 1 ildə orta sərhədkeçmə müddəti 58%, gömrük rəsmiləşdirməsi 15%, fiziki yoxlama isə 20% azalıb. Toplanan gömrük rüsumları və vergiləri 2023-cü il dövlət büdcəsinin 18%-ni, ÜDM-in isə 5.2%-ni təşkil edib.

Seçilən
10
1
xalqcebhesi.az

2Mənbələr