Bakı. Trend:
Azərbaycanın bütün bölgələrində sərfəli və keyfiyyətli rabitəxidmətlərini genişləndirməyə davam edən “Nar” üstün müştəritəcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi.
Şirvan şəhərində, Xaqani küçəsi 19-da yerləşən yeni “Nar”mağazası genişliyi, müasir interyeri və rahat müştəri xidmətisahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı,müxtəlif smartfon və aksessuarların satışı həyata keçirilir. Şirvanşəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsiləməlumatlandırılıb.
Acılış mərasiminə qatılan “Nar”ın Baş icraçı direktoru QunnarPanke qeyd edib ki, 80 mindən çox əhalisi olan Şirvan şəhərinəxidmət göstərəcək yeni mağaza “Nar”ın bölgələrə olan diqqətininnümunəsidir.
“Hər kəs üçün sərfəli rabitə xidmətlərini təqdim etməkprinsipini əsas götürən “Nar”, yeni mağazalarının açılışı ilə bumissiyasını bir daha sübut edir. Müştəriyə fərdi yanaşma, sərfəliseçimlər və müasir xidmət təqdim edən “Nar” satış şəbəkəsi şirkətinmüştəri yönümlü fəaliyyətinin nəticəsidir,”- deyə Q.Pankebildirib.
Sizə ən yaxın “Nar” mağazasını nar.az saytından seçə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildəMüştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraqsərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.