Rusiya “S-400” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bütün ağır silahlarını Suriyadan çıxarır.
“AzPolitika” xəbər verir ki, bu barədə Suriyada Rusiya hərbi karvanı ilə rastlaşan “The New York Times” nəşrinin əməkdaşları video yayımlayıb.
Hərbi karvanının Latakiyanı tərk etdiyi qeyd olunub. Daşınan silahlar arasında zirehli personal daşıyıcıları ilə yanaşı çoxlu sayda S-400 batareyalarının da olduğu görülüb.
Qeyd edək ki, Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində Bəşər Əsədi dəstəkləmək üçün Xmeymimdəki hava bazası və Tartusdakı hərbi dəniz bazasından istifadə edən Rusiya rejimin suqutu ilə birlikdə hərbi texnikalarını bu ölkədən çıxarmağa başalyıb.
“AzPolitika.info”